Azərbaycan.media xəbər verir ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna dəyişikliklər müzakirə edilərək qəbul edilib.
Dəyişikliyə əsasən, iki dəfədən artıq təkrarən Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri seçilməsinə qoyulan məhdudiyyət aradan qaldırılıb.
Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul olunub.
Qeyd edək ki, 2017-ci ildən etibarən Vəkillər Kollegiyasına Anar Bağırov rəhbərlik edir. Onun ikinci səlahiyyət müddəti 2027-ci ildə başa çatır. Yeni dəyişiklikdən sonra Anar Bağırov növbəti beşillikdə də sədr seçilə biləcək.
