🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Ərdoğanın İrəvan sammitində iştirakı ilə bağlı hələlik qərar verilməyib


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İrəvanda keçiriləcək Avropa Siyasi Birliyinin sammitində iştirakı ilə bağlı hələlik konkret qərar yoxdur.

Azərbaycan.media xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasından RİA Novosti agentliyinə məlumat verilib.

Bildirilib ki, Prezident Ərdoğanın sammitdə iştirakı ilə bağlı qərarın tədbir tarixinə yaxın bir vaxtda verilməsi gözlənilir.

Qeyd edək ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Azərbaycan və Türkiyə prezidentlərinin gələn ilin yazında keçiriləcək VIII Avropa Siyasi Birliyinin sammitinə dəvət olunduqlarını açıqlamışdı.