Millət vəkili, ədəbiyyatşünas-alim Elnarə Akimova “Füyuzat TV”nin “Arxa Plan” verilişində qonaq olub. O, proqramda siyasət və ədəbiyyatın müxtəlif mövzularından bəhs etdiklərini bildirib.
“Yenə ‘Füyuzat TV”nin “Arxa Plan” verilişində qonaq oldum. Siyasətdən, ədəbiyyatın müxtəlif mövzularından söhbət açdıq. Tural İsmayılov o qədər maraqlı və işini bilən həmsöhbətdir ki, vaxtın necə keçdiyini hiss etmirsən. Üstəlik, yaxşı da fəndi var – hər gəlişdə növbəti görüşün vədini alır. Nə etməli, təki ürəkdolusu sənət söhbəti etməyə insanlarımız və məkanlarımız çox olsun! Zaman ayırmaq isə bizə qalsın”.
Elnarə Akimova paylaşımında həmçinin ədəbiyyat və sənət mövzularının gündəmdə saxlanmasının önəmini vurğulayıb.
Mənbə: Azərbaycan.media
