Azərbaycan ədəbiyyatında müasir detektiv janrının ən tanınmış simalarından olan Xalq yazıçısı Çingiz Abdullayev yaradıcılığında müxtəlif tarixi, siyasi və diplomatik dövrlərə aid konfidensial məlumatlara söykənərək əsərlər qələmə alır. O, çox vaxt ictimaiyyətə bəlli olmayan, lakin öz dövrünün siyasi mənzərəsinin formalaşmasında mühüm əhəmiyyət kəsb edən gizli faktlar üzərində süjetlər qurur.
Buna görə də bir çox oxucular Ramiz Mehdiyev məsələsinin də pərdəarxasını Çingiz Abdullayevin özünəməxsus üslubunda işıqlandıracağını gözləyirlər.
Azərbaycan.media-nın məlumatına görə, Modern.az məsələ ilə bağlı yazıçı ilə əlaqə saxlayıb. Çingiz Abdullayev baş verən hadisələri izlədiyini qeyd edərək bildirib:
“Bu haqda kitab yazıb-yazmamaq haqqında fikirləşməmişəm. Amma yaza bilərəm. Niyə də olmasın?”
