Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Özbəkistanın Səmərqənd şəhərinə işgüzar səfərə yola düşüb.
Azərbaycan.media xəbər verir ki, bu barədə məlumatı Xarici İşlər Nazirliyi yayıb.
Səfər çərçivəsində Ceyhun Bayramovun 30–31 oktyabr tarixlərində Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət üzrə Təşkilatının (YUNESKO) Baş Konfransının 43-cü sessiyasında iştirak edəcəyi və çıxış edəcəyi bildirilir. Nazir həmçinin səfər zamanı bir sıra yüksək səviyyəli ikitərəfli görüşlər də keçirəcək.
