Azərbaycan.media xəbər verir ki, “Rzeczpospolita” qəzetinin məlumatına görə, Polşa Silahlı Qüvvələrinin Əməliyyat Komandanlığı Baltik dənizi üzərində Rusiyaya məxsus İl-20 təyyarəsini yaxaladığını açıqlayıb.
Komandanlığın açıqlamasında bildirilir: “28 oktyabr 2025-ci il tarixində Polşa Hərbi Hava Qüvvələrinin bir cüt MiQ-29 qırıcı təyyarəsi növbətçilik zamanı Polşanın Baltik dənizi üzərindəki məsuliyyət zonasına daxil olmuş bir təyyarəni vizual olaraq identifikasiya edib və müşayiət edib.”
Polşa hərbi komandanlığı qeyd edib ki, Rusiya təyyarəsi beynəlxalq hava məkanında uçuş planı olmadan və transponderi söndürülmüş vəziyyətdə kəşfiyyat missiyası həyata keçirirmiş.
