🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

İranda parlament üzvü Urmiya gölünün qurumasına görə hökuməti tənqid edib

Azərbaycan.media xəbər verir ki, parlament üzvü Höccətül-İslam Baqeri hökuməti Urmiya gölünün dirçəldilməsi üçün təcili tədbir görməyə çağırıb.

“Danışmaq artıq vaxtını itirib, indi əməl vaxtıdır. İnsanlar populist bəyanatlardan və şüarlardan yorulublar. Urmiya gölü əvvəlki və indiki məsul şəxslərin fəaliyyətsizliyi nəticəsində quruyub. Bu göl həyat və ümidin simvolu idi, indi isə onun quruması insanlara ölüm və ümidsizlik hissi verir. Gölün bərpası yerli rəsmilərin planları ilə mümkün deyil; bunun üçün müəyyən qanunlar qəbul edilməlidir. Problemin də, həll yolunun da mövcud olduğu açıqdır. Hərəkətə keçmək üçün vaxt yetişib. Son iyirmi ildə gölün dirçəldilməsi ilə məsul qurum yalnız onun qurumasına səbəb olub. Urmiya gölünün yenidən canlanması yalnız hərtərəfli qanun layihəsi vasitəsilə mümkündür. Xalq hökumətdən bu layihənin hazırlanmasını tələb edir”, – parlament üzvü bildirib.

Qeyd edək ki, bir vaxtlar Yaxın Şərqdə ən böyük göl hesab edilən Urmiya gölünün 90%-dən çoxu quruyub.