🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Prezident İlham Əliyev: “Qarabağ və Şərqi Zəngəzurda işsizlik olmamalıdır”

Azərbaycan.media  xəbər verir ki, Prezident İlham Əliyev Cəbrayılın Horovlu kəndinin sakinləri ilə görüşdə iş yerlərinin yaradılması və kənd təsərrüfatı imkanları barədə danışıb:

“Biz daim iş yerlərinin yaradılması üzərində işləyirik. Burada da kənd təsərrüfatı və heyvandarlıqla məşğul olmaq üçün bütün şərait təmin olunacaq. Təbii ki, artıq istifadəyə verilmiş digər kəndlərdə olduğu kimi, həyətyanı sahələrdə də əkin-biçin aparmaq mümkündür.

Hər bir sakin üçün on iki sot həyətyanı sahə ayrılıb. Bununla yanaşı, örüş və əkin üçün yararlı böyük torpaq sahələrində də kənd təsərrüfatı fəaliyyəti həyata keçirmək mümkün olacaq.

Qarabağda və Şərqi Zəngəzurda işsizlik olmamalıdır. Yeni şəhər və kəndlər tikilərkən əsas vəzifəmiz odur ki, burada yaşayan insanlar daimi işlə təmin olunsunlar”, – deyə Prezident qeyd edib.