🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

MİDA-nın yaşayış komplekslərində 627 mənzil güzəştlə satışa çıxarılır

Azərbaycan.media xəbər verir ki, Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Hövsan, Sumqayıt, Lənkəran, Binəqədi, Şirvan və Yevlaxdakı yaşayış komplekslərində 627 mənzili güzəştlə satışa çıxarır.

Satış 3 dekabr saat 11:00-da başlayacaq və 12 dekabr saat 11:00-dək davam edəcək. Gözləmə qaydasında seçim isə 9 dekabr saat 11:00-da başlayacaq.

Mənzillərin alınması yalnız “Elektron hökumət” portalı (www.e-gov.az) üzərindən, “Güzəştli mənzil” sistemi vasitəsilə mümkündür. Elektron kabineti olan vətəndaşlar bərabər hüquqlara malikdir.