🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

“Melissa” qasırğası Yamaykaya çatdı – Əsrin qasırğası adlandırılıb

Atlantik okeanının ən güclü qasırğası sayılan “Melissa” Yamaykanın Nyu-Hope şəhərində sahilə çıxıb.

Azərbaycan.media xəbər verir ki, Milli Qasırğa Mərkəzinin məlumatına əsasən, 5-ci kateqoriyalı qasırğanın sürəti saatda 300 kilometrə çatır.

Yamaykanın Baş naziri Endryu Holnes CNN-ə bildirib ki, “Melissa” Yamaykaya fəlakətli ziyan vuracaq:

“Regionda, bəlkə də dünyanın heç bir yerində 5-ci kateqoriyalı qasırğaya tab gətirə biləcək heç bir infrastruktur yoxdur.”

Qasırğanın ada ölkəsinə dağıdıcı təsir göstərəcəyi proqnozlaşdırılır. Yamayka indiyə qədər belə yüksək kateqoriyalı qasırğa ilə üzləşməyib və BMT onu “əsrin qasırğası” adlandırıb.

“Melissa” artıq yeddi ölümə səbəb olub: üçü Yamaykada, üçü Haitidə və biri Dominikan Respublikasında qeydə alınıb.

Qeyd edək ki, 5-ci kateqoriya Saffir-Simpson şkalasına əsasən qasırğaların ən yüksək göstəricisidir.