🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

İtaliya müdafiə naziri: “Ukrayna Krımı və itirdiyi əraziləri geri ala bilməyəcək”

Ukrayna Krımı və 2022-ci ildən sonra itirdiyi digər əraziləri geri ala bilməyəcək, çünki Rusiya onlardan heç vaxt imtina etməyəcək.

Azərbaycan.media xəbər verir ki, bu barədə İtaliyanın müdafiə naziri Quido Krozetto bildirib.

O qeyd edib: “Rusiya onları heç vaxt imtina etməyəcək və Ukrayna onları təkbaşına, hətta NATO və AB-nin köməyi ilə belə geri ala bilməyəcək.”