🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Rusiya Milli Qvardiyasının azərbaycanlı generalı Mirzə Mirzəyev 9 il həbs edildi

Rusiya Milli Qvardiyasının (Rosqvardiya) arxa cəbhə xidmətinin sabiq rəis müavini, azərbaycanlı general Mirzə Mirzəyev 9 il müddətinə azadlıqdan məhrum edilib.

Azərbaycan.media xəbər verir ki, bu barədə Modern.az məlumat yayıb. Rostov qarnizonu hərbi məhkəməsi onu xüsusilə böyük məbləğdə rüşvət alma və hədə-qorxu yolu ilə pul tələb etmə ittihamları üzrə təqsirli bilib.

Hökmə əsasən, Mirzə Mirzəyev cəzasını ciddi rejimli koloniyada çəkəcək.

53 yaşlı general 2024-cü ilin noyabrında həbs olunub. İstintaqın məlumatına görə, o, 2023-cü ildə anbar tikintisi üçün modul istehsal edən şirkətin rəhbərliyindən 140 milyon rubl “otkat” alıb. Əvəzində müqavilənin ümumi məbləği olan 479,9 milyon rubl artırılıb. Cinayət işinin əsas sübutu “Pegas-Eko” MMC-nin baş direktoru Erkin Zahidovun ifadələri olub.

Mirzə Mirzəyev (tam adı — Mirzə Mirzəyev Mais oğlu) 1972-ci il mayın 26-da anadan olub. O, 2006-cı ildə Sankt-Peterburqda yerləşən Təchizat və Nəqliyyat Hərbi Akademiyasını bitirib. 2012-ci ildə həmin akademiya general A. Xrulyovun adını daşıyan Maddi-Texniki Təminat Hərbi Akademiyası adlandırılıb.