🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Xırdalanda çoxmərtəbəli binada yanğın – 15 nəfər təxliyə edilib

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Xırdalan şəhərində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

Azərbaycan.media xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının 15 mərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən mənzildə baş verdiyi müəyyən edilib.

FHN qüvvələrinin operativ müdaxiləsi nəticəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 30 kvadratmetr olan birotaqlı mənzilin zalı 25 kvadratmetr sahədə yanıb. Qonşu mənzillər yanğından mühafizə olunub.

Hadisə zamanı təhlükəsizlik tədbirləri çərçivəsində 2-si azyaşlı olmaqla, ümumilikdə 15 bina sakini FHN əməkdaşları tərəfindən təxliyə edilib.

Faktla bağlı araşdırma aparılır.