🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Xatirə İslam: “Məclisə gedəndə hər şeyi özüm edirəm”

“Məclisə gedəndə hər şeyi özüm edirəm. Prodüser işini də özüm görürəm, mahnıları da özüm seçirəm. Videolar çəkiləndə onları oturub özüm montajlayıram”.

Azərbaycan.media xəbər verir ki, bu sözləri müğənni Xatirə İslam “İncə səhər” verilişində qonaq olarkən deyib. Sənətçi ona pislik edən insanlardan danışaraq bildirib:

“Kiməsə yaxşılıq edib, Allaha xoş getməsini istəyirsinizsə, tanımadığınız adama edin. Nə dil, nə dodaq bilsin. Allaha xatir yaxşılıq et… İnsana bir ziyan mütləq tanıdığı adamdan gəlir. Tanımadığın adam sənə pislik etməz, çünki nə bilsin səni haradan vursun? Amma tanıdığın adam səni hardan vurmaq lazım olduğunu bilir. Ona görə də məsafə əla şeydir. Mən nankor adamları çox gördüm. Həddən artıq səmimi olmaq insanı hörmətdən salır, adiləşdirir. Çox əlçatan olursan. Obrazda olmaq lazımdır. Düzdür, 10 dəqiqədən artıq obraza girmək olmur. Ona görə də bir adamın yanında 10 dəqiqədən artıq qalmayın”.