Azərbaycan.media xəbər verir ki, həbsdə olan tanınmış meyxanaçı Rəşad Dağlı tibbi cərrahi əməliyyat keçirib.
Əməliyyat tibb məntəqəsində həyata keçirilib. Meyxanaçının səhhətində yaranan müəyyən problem səbəbindən tibbi müdaxilə edilib.
Rəşad Dağlının vəkili Elvin Əliyev açıqlamasında bildirib ki, onun müayinəsi aparılıb və kiçik cərrahi prosedur icra olunub:
“Hazırda səhhəti yaxşıdır, narahat olmağa əsas yoxdur”, – deyə vəkil vurğulayıb.
