Azərbaycan.media xəbər verir ki, Türkiyənin Balıkesir vilayətinin Sındırgı bölgəsində 6,1 bal gücündə zəlzələ qeydə alınıb.
Modern.az-ın məlumatına görə, zəlzələ yerin 5,99 km dərinliyində baş verib.
Zəlzələ Balıkəsirlə yanaşı, İstanbul, Manisa, İzmir və Aydın vilayətlərində də hiss olunub.
Zəlzələ yerli vaxtla saat 22:48-də baş verib.
