🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Bakının üç rayonunda qaz verilişi dayandırılacaq

Bakının Yasamal, Sabunçu və Xətai rayonlarının bəzi ərazilərində qaz təchizatında müvəqqəti fasilə olacaq.

Azərbaycan.media xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb. Bildirilib ki, oktyabrın 28-də saat 10:00-dan etibarən paytaxtın bir neçə ərazisində qaz xətlərində aparılacaq təmir-quraşdırma işləri ilə əlaqədar qaz verilişi dayandırılacaq.

Təmir müddətində qazın verilişi aşağıdakı ərazilərdə məhdudlaşdırılacaq:

Yasamal rayonu – Azadlıq, Mətbuat, H.Cavid, Azərbaycan və Bülbül prospektləri, eləcə də M.Müşfiq, N.Nərimanov, İ.Qutqaşınlı, Ə.Ələkbərov, A.Sultanova, M.Fətəli, A.Şaiq, M.Muxtarov, M.Rahim, Zərgərpalan, S.Dağlı, T.Xəlilbəyli, İ.Səfərli, Nizami, Ü.Hacıbəyov, S.Vurğun, Xəqani, R.Behbudov, R.Rza, Mərdanov qardaşları, İçərişəhər və Rastropoviç küçələri;

Sabunçu rayonu – Pirşağı qəsəbəsi, Qurtuluş və K.Kərimov küçələri, Maştağa qəsəbəsi və Gülçülük Sovxozu;

Xətai rayonu – H.Salmani küçəsi.

“Azəriqaz”dan bildirilib ki, təmir-quraşdırma işləri başa çatdıqdan sonra qaz təchizatı bərpa olunacaq.