Azərbaycan.media xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Böyük Britaniyanın Baş Naziri Kir Starmerlə birgə keçirdiyi mətbuat konfransında məlumat verib.
Dövlət başçısının sözlərinə görə, 44 ədəd “Eurofighter” döyüş təyyarəsinin alınmasına dair müqavilə artıq imzalanıb.
Ərdoğan həmçinin qeyd edib ki, Türkiyə və Böyük Britaniya arasında bir çox sahələrdə əməkdaşlıq razılaşmaları da əldə olunub.
