Füzuli rayonunun Qarğabazar kəndində yerləşən tarixi karvansarayda bərpa işlərinə start verilir.
Azərbaycan.media xəbər verir ki, layihə çərçivəsində “Qarğabazar karvansarayı” bərpa olunacaq və ərazidə abadlıq işləri aparılacaq.
Hazırda bərpa ilə bağlı layihə-smeta sənədlərinin hazırlanması istiqamətində işlər görülür. Layihənin ümumi dəyərinin 314 706 manat olacağı gözlənilir.
Qeyd edək ki, 1681-ci ildə inşa edilən Qarğabazar karvansarayının memarı məlum deyil. Tarixi abidə yerli əhali arasında “Şah Abbas karvansarayı” kimi də tanınır.
