🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

İrlandiyada Prezident seçkilərində Ketrin Konnolli qalib gəlib

İrlandiyada keçirilən Prezident seçkilərində müstəqil namizəd Ketrin Konnolli qalib olub. Azərbaycan.media xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

Qeyd edək ki, xanım Prezident 1957-ci il iyulun 12-də Qalvey şəhərinin ətrafında anadan olub. O, ixtisasca kliniki psixoloq və hüquqşünasdır, uzun illər vəkil və Qalveyin meri vəzifəsində çalışıb. 2016-cı ildən İrlandiya parlamentinin – Nümayəndələr Palatasının deputatı, 2020-2024-cü illərdə isə parlamentin sədr müavini olub.