🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Samuxda iki avtomobil toqquşub, 3 nəfər xəsarət alıb

Azərbaycan.media xəbər verir ki, Samux rayonunda yol-nəqliyyat hadisəsi qeydə alınıb. Rayon ərazisində hərəkətdə olan iki minik avtomobili toqquşub və nəticədə 3 nəfər xəsarət alıb.

Yaralılar dərhal xəstəxanaya çatdırılıb. Həkimlərin məlumatına görə, onların vəziyyəti orta-ağır qiymətləndirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub və faktla bağlı araşdırma aparılır.