🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Amerikalıların yarısı ölkəsində özünü yad hiss edir — sorğu nəticələri

Azərbaycan.media xəbər verir ki, Qeyri-kommersiya İctimai Din Tədqiqatları İnstitutu (PRRI) tərəfindən aparılan son sorğu amerikalıların mühüm bir hissəsinin öz ölkəsində yadlıq hiss etdiyini üzə çıxarıb.

Sorğu nəticələrinə əsasən, ABŞ vətəndaşlarının 46 faizi özlərini ölkədə yad hiss etdiklərini, 51 faizi isə bu fikirlə razılaşmadıqlarını bildirib.

Partiyalar üzrə nəticələrə baxdıqda, Respublikaçılar arasında cəmi 30 faiz, Demokratlar arasında isə 59 faiz respondent özünü yad hiss etdiyini qeyd edib.

Etnik qruplar arasında bu göstərici daha yüksək olub: ispanların 56 faizi, qaradərililərin 53 faizi, eləcə də Asiya və ya Sakit Okean adaları mənşəli insanların 50 faizi ABŞ-da özlərini evdəki kimi hiss etmədiklərini deyib.

Respondentlərin çoxu bu hissin səbəbi kimi ölkədə son illər baş verən dərin dəyişiklikləri göstərib. Xüsusilə, səhiyyə (60%), təhsil və tədqiqat (55%), ticarət tarifləri (54%)immiqrasiya reydlərinə ayrılan maliyyənin artırılması (52%) yadlıq hissinin əsas səbəbləri kimi qeyd olunub.

Sorğunun nəticələri amerikalılar arasında sosial və siyasi qütbləşmənin getdikcə artdığını bir daha nümayiş etdirir.