Oktyabrın 26-na hava proqnozu açıqlanıb
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında hava əsasən dəyişkən buludlu, arabir tutulmuş, yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə yağış yağması və şimşək çaxması ehtimalı var. Gecə və səhər saatlarında bəzi yerlərdə zəif duman müşahidə olunacaq. Mülayim cənub-şərq küləyi axşam saatlarından başlayaraq arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 14-16, gündüz 19-22 dərəcə isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu, nisbi rütubət isə gecə 80-85%, gündüz 65-70% təşkil edəcək.
Rayonlarda hava necə olacaq?
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz saatlarından şimal və qərb bölgələrində bəzi yerlərdə arabir yağış, şimşək və qısamüddətli leysan gözlənilir. Ayrı-ayrı yerlərdə dolu düşməsi, yüksək dağlıq ərazilərdə isə sulu qarın yağa biləcəyi ehtimalı var. Bəzi bölgələrdə arabir duman müşahidə ediləcək. Mülayim qərb küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 11-16, gündüz 19-24 dərəcə isti, dağlıq ərazilərdə gecə 3-7, gündüz 11-16 dərəcə isti olacaq.
