Azərbaycana gətirilən mobil telefonlara yeni vergi tətbiq olunur
Azərbaycana gətirilən mobil cihazlara gömrük rüsumu ilə yanaşı, aksiz vergisi də tətbiq ediləcək.
Azərbaycan.media xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb.
Sənədə əsasən, bazar qiymətindən asılı olmayaraq, təqvim ili ərzində bir şəxs tərəfindən 1 ədəddən artıq mobil cihaz gətirildikdə, hər əlavə cihaz üçün 100 manat aksiz vergisi tutulacaq.
