🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Bakı yollarında sıxlıq davam edir: Hansı ərazilərdə tıxac var

Azərbaycan.media xəbər verir ki, Bakının bir sıra yollarında nəqliyyat sıxlığı müşahidə olunur. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatına görə, sıxlıq əsasən aşağıdakı istiqamətlərdədir:

Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində

Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətinə

Yusif Səfərov və Alı Mustafayev küçələri

Ziya Bünyadov prospekti, Heydər Əliyev prospekti (əsas və köməkçi yollar)

Koroğlu Rəhimov, 8 Noyabr, Üzeyir Hacıbəyli və 28 May küçələri

Sıxlıq xüsusilə mərkəz istiqamətlərində hiss olunur və sürücülərə alternativ marşrut seçmək tövsiyə olunur.