Küsüb çıxıb gedənləri
sonuncu qatar götürər.
Çox da doluxsunma gözüm,
perronda nə çox yad adam,
çıxar birisi ötürər.
Yenə ağlasın göy üzü,
uzağı izlər itirər.
Payız gətirsə də kədər
qışdan sonra yaz fəsli var,
əkər bir ümid, bitirər.
Sevgi, ümid, sonuncu şans,
yığıb saxlayıb sətirlər.
Sən səfərləri sevərsən.
Son bilet kassada durur,
alar ayrılıq, gətirər…
Mənbə: Azərbaycan.media
