🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Prezident İlham Əliyev Konstitusiyanın 30 illiyi ilə bağlı yubiley medalı təsis edilməsi haqqında fərman imzalayıb

Azərbaycan.media xəbər verir ki, Prezident İlham Əliyev “Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyi (1995–2025)” yubiley medalının təsis edilməsi ilə əlaqədar fərman imzalayıb.

Sənəd “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Qanuna dəyişikliklər edilməsi barədə 2025-ci il 10 oktyabr tarixli 264-VIIQD nömrəli Qanunun icrası məqsədilə imzalanıb.

Fərmana əsasən:

  • Azərbaycan Respublikasının Prezidenti yubiley medalı haqqında Əsasnamənin 2-ci maddəsində nəzərdə tutulan müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini həyata keçirəcək;

  • Əsasnamədə qeyd olunan “orqan (qurum)” anlayışı Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi kimi müəyyən olunub;

  • Yubiley medalı ilə təltif etmə səlahiyyəti isə Konstitusiya Məhkəməsinin sədrinə verilib.

Həmçinin, Nazirlər Kabinetinə müvafiq qanundan irəli gələn məsələlərin həll edilməsi tapşırılıb.

Bu fərmanla Azərbaycan Respublikasının Konstitusiyasının qəbulunun 30 illiyi münasibətilə yaradılan yubiley medalı hüquqi dövlətçilik tariximizin əlamətdar hadisələrindən birini simvolizə edəcək.