Azərbaycan.media xəbər verir ki, görkəmli folklorşünas, Əməkdar müəllim, filologiya elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Azad Nəbiyevin 80 illik yubileyi münasibətilə AMEA Mərkəzi Elmi Kitabxanası onun əsərlərinin biblioqrafik göstəricisini hazırlayıb. Nəşr alimin həyatı, elmi-pedaqoji fəaliyyəti və əsərlərini, həmçinin haqqında yazılan mənbələri əhatə edir. Biblioqrafiya filologiya sahəsində çalışan alimlər, tələbələr və geniş oxucu kütləsi üçün nəzərdə tutulub. Elektron versiyası kitabxananın saytında mövcuddur.
