Azərbaycan.media xəbər verir ki, “Röyter” agentliyinin məlumatına görə, Suriya hökuməti ölkədə yeni valyutanın dövriyyəyə buraxılmasını planlaşdırır.
Suriya iqtisadiyyat naziri Məhəmməd Nidal Əş Şaarın sözlərinə görə, 2026-cı ilin əvvəlindən etibarən ölkə daxilində yeni pullardan istifadə olunacaq. Nazir bildirib ki, bu addım milli iqtisadiyyatın sabitləşdirilməsi və maliyyə sisteminin gücləndirilməsi məqsədi daşıyır.
