Azərbaycan.media xəbər verir ki, Bu gün Astanada Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin iştirakı ilə Azərbaycan-Qazaxıstan sənədlərinin mübadiləsi mərasimi keçirilib.
Mərasimdə Prezidentlər İlham Əliyev və Kasım-Jomart Tokayev “Azərbaycan və Qazaxıstan arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında müqavilənin imzalanmasının 20 illiyi ilə bağlı Birgə Bəyanat”, Ali Dövlətlərarası Şuranın ikinci iclasının 1 və 2 saylı qərarlarını imzalayıblar.
Sonra rəsmi sənədlərin mübadiləsi həyata keçirilib.
