🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Siyəzəndə elektrik cərəyanı 6 inəyə zərər vurdu, sakin xəstəxanaya yerləşdirildi

Azərbaycan.media xəbər verir ki, Siyəzənin Sədan kəndində yaşayan 1990-cı il təvəllüdlü Seymur Nəcməddin oğlu Əhmədov elektrik cərəyanı vurması nəticəsində xəsarət alıb.

Hadisə zamanı kənd sakininin altı baş inəyi də zərər görüb. Məlumata görə, 25 min manat dəyərindəki inəklər elektrik naqilinin qırılması və yerə düşməsi səbəbindən tələf olub.

Seymur Əhmədov xəstəxanaya yerləşdirilib, vəziyyəti qənaətbəxşdir.