İqtisadiyyat Nazirliyinin sifarişi ilə “Azərkosmos” ölkə ərazisinin 30–50 santimetrlik yüksək dəqiqlikli peyk təsvirlərini hazırlayır.
Azərbaycan.media xəbər verir ki, bu barədə “Kosmosdan gələn imkanlar: Kosmik müşahidəmizin sosial-iqtisadi inkişafa töhfəsinin 10 ili” adlı tədbirdə İqtisadiyyat Nazirliyinin şöbə müdiri Anar Nərimanov məlumat verib.
Onun sözlərinə görə, hazırlanacaq peyk təsvirləri əsasında Azərbaycanın müxtəlif relyef xəritələri tərtib olunacaq:
“Bu layihə yalnız İqtisadiyyat Nazirliyinin deyil, bütün dövlət qurumlarının, təşkilatların, sahibkarların və vətəndaşların istifadəsinə açıq resursa çevriləcək. Həmçinin, bu məlumatlardan Milli Məkan Məlumatları İnfrastrukturunun yaradılmasında geniş şəkildə istifadə olunacaq”, – deyə Anar Nərimanov bildirib.
