ABŞ-ın Rusiyaya qarşı sanksiya qanun layihəsi prezidentlər Donald Tramp və Vladimir Putin arasında planlaşdırılan danışıqlara qədər təxirə salınıb.
Azərbaycan.media-nın məlumatına görə, bu barədə Senat çoxluğunun lideri Con Tun açıqlama verib.
Tramp isə daha əvvəl bildirib ki, Rusiya ilə Ukrayna arasındakı müharibə sona çatmasa, “çoxları ağır bədəl ödəmək məcburiyyətində qalacaq”.
Qeyd edək ki, Moskvaya qarşı sanksiya qanun layihəsi bir neçə aydır müzakirə olunsa da, ABŞ Senatı və Nümayəndələr Palatası hələ layihəni səsverməyə çıxarmayıb.
