🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Azərbaycanda ev telefonlarının sayı azalır

Azərbaycanda sabit şəbəkə (ev) telefonlarından istifadə edənlərin sayı 2024-cü ildə azalıb.

Azərbaycan.media xəbər verir ki,  ötən il ölkədə sabit şəbəkə telefonlarının ümumi sayı 1 milyon 175 min nömrə olub. Onlardan 1 milyon 95 min 200-ü mənzillərdə quraşdırılmış telefonlardır.

Müqayisə üçün, 2023-cü ildə sabit şəbəkə telefonlarının ümumi sayı 1,4 milyondan bir qədər artıq idi. Həmin dövrdə 1,3 milyon mənzil sabit telefon xidmətindən istifadə edirdi.

Beləliklə, cəmi bir il ərzində təxminən 230 min istifadəçi ev telefonlarından imtina edib.