Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Küveyt, Qətər və Omana rəsmi səfər edəcək. Azərbaycan.media xəbər verir ki, bu barədə məlumatı “Vestnik Kavkaza” portalı yayıb.
Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhaneddin Duranın sözlərinə görə, səfər 21–23 oktyabr tarixlərini əhatə edəcək.
Səfər çərçivəsində regional məsələlərin müzakirə olunacağı, eləcə də bir sıra əməkdaşlıq sazişlərinin imzalanacağı gözlənilir.
Qeyd edək ki, Türkiyə, Qətər və Misir Qəzzadakı sülh prosesində fəal iştirak edirlər. Ötən həftə Şarm Əl-Şeyx şəhərində tərəflər arasında razılaşma imzalanıb.
