🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

İlin 9 ayında piyadaların vurulması ilə nəticələnən qəzalara görə narahatlıq artır – Bakı üzrə göstərici 60 faizə yaxınlaşıb

Bu ilin ilk 9 ayı ərzində piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələri respublika üzrə ümumi qəzalarda 39,1 faiz, Bakı şəhərində isə 59,6 faiz paya malik olub.

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən Azərbaycan.media-ya məlumat verilib.

Qeyd olunub ki, bu göstəricilərin yaranmasında piyadaların məsuliyyətsiz davranışlarının da mühüm rolu var:

“Təəssüf ki, piyadaların çox vaxt elə piyada keçidlərinin yaxınlığında vurulması, şəxsi məsuliyyətin və diqqətin nə qədər vacib olduğunu bir daha göstərir.”

İdarə bir daha piyadalara müraciət edərək, yolu yalnız müəyyən olunmuş yerlərdən keçməyə, axşam saatlarında daha diqqətli olmağa, həmçinin telefon və qulaqcıqdan istifadə etməməyə çağırıb.

“Əziz piyadalar, unutmayın: sizin həyat və sağlamlığınız özünüz, yaxınlarınız və cəmiyyət üçün çox dəyərlidir”, – deyə Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib.