🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Jurnalist Rəşad Abbasova vəzifə verildi

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinə (mətbuat katibi) yeni rəhbər təyin olunub.

Azərbaycan.media xəbər verir ki,  bu vəzifəyə təcrübəli jurnalist Rəşad Abbasov gətirilib.

Rəşad Abbasovun 21 illik peşəkar jurnalistika təcrübəsi var. O, bu illər ərzində “ANS TV”, “Cavan TV” və Elm və Təhsil Nazirliyinin “Təhsil TV” media şirkətində müxbir, aparıcı, redaktor və baş redaktor kimi müxtəlif vəzifələrdə fəaliyyət göstərib.