Beyləqanda baş verən yol qəzası nəticəsində ağır xəsarət alan qardaşlardan biri də xəstəxanada vəfat edib.
Azərbaycan.media-nın məlumatına görə, hadisə oktyabrın 13-də Beyləqan rayonunun Birinci Şahsevən kəndi ərazisində qeydə alınıb. Qəza zamanı ağır yaralanan 1999-cu il təvəllüdlü Həşimov Ülvi Bariz oğlu paytaxtda müalicə olunduğu müddətdə həkimlərin səylərinə baxmayaraq, həyatını itirib.
Qeyd edək ki, hadisə zamanı xəsarət alan digər şəxs xəstəxanada müalicəsini davam etdirir. Qəzada yaralananların hamısı ANAMA əməkdaşı olub. Həyatını itirənlər isə iki qardaş idi.
Xatırladaq ki, daha əvvəl qəzada ağır xəsarət alan digər ANAMA əməkdaşı – 29 yaşlı Elvin Həşimov da həkimlərin səylərinə baxmayaraq, dünyasını dəyişmişdi.
Faktla bağlı araşdırma aparılır.
