Mümkün infeksiya yayılmasının qarşısını almaq məqsədilə Gürcüstan mənşəli iri və xırdabuynuzlu heyvanların respublika ərazisindən keçməklə tranzit daşınması, eləcə də Gürcüstandan damazlıq və yetişdirmə məqsədilə (kəsim üçün gətirilən heyvanlar istisna olmaqla) idxalı 2025-ci il oktyabrın 25-dən etibarən məhdudlaşdırılır. Bu barədə Azərbaycan.media saytına Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib. Qurumdan bildirilib ki, eyni zamanda ölkəyə idxal olunan heyvanlar karantinə yerləşdiriləcək. Onlara klinik baxış keçiriləcək və laborator diaqnostik məqsədlə nümunələrin götürülməsi prosesi davam etdiriləcək.
Oxundu: 15
