Azərbaycan.media xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp və Rusiya lideri Vladimir Putin arasında dünən telefon danışığı baş tutub. Tramp sosial şəbəkədə verdiyi açıqlamada bildirib ki, ABŞ və Rusiya nümayəndə heyətləri gələn həftə görüşəcək.
“Putinlə mən yaxın iki həftə ərzində Macarıstanın paytaxtı Budapeştdə Rusiya və Ukrayna arasındakı bu biabırçı müharibəyə son qoymaq üçün görüşəcəyik”, – deyə Tramp qeyd edib.
Ağ Evin mətbuat katibi Karoline Levitt isə telefon danışığının məhsuldar keçdiyini vurğulayıb: “Prezident hələ də Putin və Zelenskinin eyni masa arxasında otura biləcəyinə inanır və bunun baş verməsini çox istəyir”.
