Azərbaycan.media xəbər verir ki, Rusiyanın Moskva vilayətində yerləşən hərbi hissələrdən birində faciəvi hadisə baş verib. Əsgərlərdən biri silahını xidmət yoldaşlarına tuşlayaraq iki nəfəri güllələyib.
Axar.az xəbər verir ki, insident barədə məlumatı Rusiya mətbuatı yayıb. Hadisə nəticəsində iki hərbçi həyatını itirib, daha bir nəfər isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Hazırda faktla bağlı araşdırma aparılır. Hadisənin motivləri və təfərrüatları hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.
