Azərbaycan.media xəbər verir ki, əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçers qiymətləri rekord səviyyəyə yüksəlib. Nyu-Yorkun COMEX əmtəə birjasında dekabr ayı üzrə fyuçerslərin qiyməti Bakı vaxtı ilə saat 08:38-ə olan məlumata əsasən 1,57% artaraq 4 372,1 ABŞ dollarına çatıb.
Gümüş də bahalaşma tendensiyasını davam etdirib. COMEX-də gümüşün bir unsiyası üzrə dekabr fyuçerslərinin qiyməti 0,13% artaraq 53,365 ABŞ dolları təşkil edib.
Bu artımlar qlobal iqtisadi qeyri-müəyyənlik fonunda investorların təhlükəsiz aktivlərə marağının artması ilə izah olunur.
