Azərbaycan.media xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Zəngəzur dəhlizindən keçməsi planlaşdırılan “Tramp marşrutu” layihəsinin hazırkı statusu ilə bağlı açıqlama verib.
Baş nazirin sözlərinə görə, ictimaiyyətin bu marşrutun dərhal reallaşdırılması ilə bağlı gözləntiləri real deyil. “Elə bilirik ki, ‘Tramp marşrutu’nu elan edən kimi ertəsi gün ekskavatorlar işə başlamalıdır. Bu, belə olmur,” – deyə Paşinyan bildirib.
O, hazırda ABŞ-la birlikdə layihənin mətn və texniki detalları üzərində iş aparıldığını vurğulayıb. Paşinyan əlavə edib ki, Donald Trampın vasitəçiliyi ilə Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyevlə imzalanmış bəyannamədən kənar heç bir addım atılmayacaq.
