🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Xırdalan – “20 Yanvar” istiqamətində yeni ekspres marşrut fəaliyyətə başlayır


Azərbaycan.media
xəbər verir ki, Vətəndaşların paytaxta daha sürətli və rahat şəkildə səfər etməsini təmin etmək məqsədilə oktyabrın 17-dən etibarən Xırdalan şəhərindən “20 Yanvar” metrostansiyası istiqamətində E2 nömrəli ekspres avtobus marşrutu istifadəyə veriləcək.
Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Yeni marşrut üzrə avtobuslar aşağıdakı dayanacaqlarda xidmət göstərəcək:
• Abşeron rayon Sukanal İdarəsi
• Heydər Əliyev prospektində yerləşən AAAF və “Kristal Abşeron” yaşayış kompleksləri
• Abşeron rayon Mədəniyyət Mərkəzi
• Xırdalan şəhər 11 nömrəli tam orta məktəb
• “20 Yanvar” metrostansiyası
• Rövşən Cəfərov küçəsi (3 mikrorayon dairəsi)
Avtobuslar hər gün saat 06:00-dan 23:00-dək fəaliyyət göstərəcək. Hərəkət intervalı 8-10 dəqiqə təşkil edəcək. Ödənişlər yalnız nağdsız formada qəbul olunacaq və gediş haqqı 0,60 AZN olaraq müəyyən edilib.