Azərbaycan.media xəbər verir ki, oktyabrın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fransa Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Sofi Laqutun etimadnaməsini qəbul edib.
Görüş zamanı dövlət başçısı Kopenhagendə Fransa Prezidenti Emmanuel Makronla baş tutan son görüşü xatırladaraq, həmin dialoqun nəticəsində iki ölkə arasında anlaşılmazlığa səbəb olan məsələlərin artıq geridə qaldığını vurğulayıb.
Prezident İlham Əliyev ikitərəfli münasibətlərdə yeni dövrün başladığını qeyd edərək, bu mərhələdə insanlararası əlaqələrin, biznes dairələrinin təmaslarının, eləcə də mədəni və humanitar sahələrdə əməkdaşlığın bərpası və inkişafının xüsusi əhəmiyyət daşıdığını bildirib.
