Azərbaycan.media xəbər verir ki, Azərbaycanın Xalq artisti Gülyanaq Məmmədova Türkmənistanın Xalq artisti, Prezidentin qəhrəmanı Camal Saparovanı evində qonaq edib. Sənətçi qonağı üçün xüsusi süfrə açaraq ona səmimi ev sahibliyi göstərib.
Görüşdən fotoları Gülyanaq Məmmədova şəxsi sosial media hesabında paylaşıb. Şəkillərdə sənətçinin həyat yoldaşı, övladları və bacısı – Xalq artisti Gülyaz Məmmədova da yer alıb.
Camal Saparovanın Azərbaycana səfəri sənət dostluğu və mədəni əlaqələrin daha da möhkəmləndiyinin göstəricisi kimi qiymətləndirilir.


