🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Ramil Həsənin deputat səlahiyyətlərinə xitam verildi

Azərbaycan.media xəbər verir ki, Bu gün keçirilən Mərkəzi Seçki Komissiyasının iclasında Ramil Həsənin deputat səlahiyyətlərinə xitam verilməsi məsələsi müzakirəyə çıxarılıb və səsvermə ilə qəbul edilib. O, TÜRKPA-nın Baş katibi seçildiyi üçün MSK-ya müraciət edərək mandatından imtina edib.
Qeyd edək ki, Ramil Həsən 12 iyun 2025-ci ildə Astanada keçirilən TÜRKPA-nın 14-cü plenar sessiyasında Baş katib seçilib və bu gündən vəzifəsinin icrasına başlayıb. Daha əvvəl o, 2009–2013-cü illərdə də bu vəzifəni icra edib.