19 yaşında Vətən uğrunda canını fəda edən Bəxtiyar ailənin yeganə övladı idi. 2022-ci il sentyabrın 13-də Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatlar zamanı, Kəlbəcər rayonu istiqamətində döyüş tapşırığını yerinə yetirərkən şəhidlik zirvəsinə ucaldı.
Bu, qısa, lakin əbədi bir ömür hekayəsidir.
Valideynləri Bəxtiyarla bağlı xatirələrini bölüşür, onun yoxluğunun necə ağır olduğunu evin hər künc-bucağı səssizcə danışır. Şəkillərinə baxırıq, yaddaşın dərin qatlarında gizlənmiş anlara boylanırıq. Təsəlli vermək üçün söz tapmaq çətindir—çünki bu ağrı sözün fövqündədir.
İndi Bəxtiyardan geriyə qalanlar:
İşıqlı xatirələr,
“Vətənə xidmətə görə” ordeni,
“Vətən uğrunda” medalı,
və bir də əbədiyyətin özü.
Bəxtiyar Muradov artıq yalnız bir ailənin deyil, bütün xalqımızın qürur tarixinin ayrılmaz parçasıdır.
Allah Bəxtiyar Muradova və bütün şəhidlərimizə rəhmət eləsin.
Ruhları qarşısında baş əyirik.
Millət vəkili Elnarə AKİMOVA
Mənbə: Azerbaycan.media



