🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

XİN-dən Qətərə başsağlığı

Azərbaycan Xarici İşlər Nazirliyi Misirdə baş vermiş avtomobil qəzası nəticəsində həlak olan qətərli diplomatlarla bağlı Qətər hökumətinə və xalqına başsağlığı verib.
Azərbaycan.media xəbər verir ki, Nazirliyin rəsmi “Facebook” səhifəsində yayımlanan paylaşımda qeyd olunub: “Biz Qətər Dövlətinin hökumətinə və xalqına Misirdə baş vermiş avtomobil qəzasında qətərli diplomatların faciəvi ölümü ilə əlaqədar başsağlığı veririk.”
Qeyd edək ki, hadisə nəticəsində üç qətərli diplomat həyatını itirib.