Azərbaycan.media Xəzər TV-yə istinadən xəbər verir ki, Bakının Xətai rayonu, Gəncə prospektində yerləşən yaşayış binalarının həyətlərində qurdların yayılması sakinlərin ciddi narahatlığına səbəb olub. Onların sözlərinə görə, həşəratlar artıq evlərə daxil olur, bəzi ağaclar isə tamamilə zədələnib.
Xətai Rayon İcra Hakimiyyəti məsələni nəzarətə götürdüyünü və müvafiq qurumlara məlumat verdiyini açıqlayıb. Yaxın günlərdə ərazidə dezinfeksiya işlərinin aparılması planlaşdırılır.
